Türkiyədə Antalya əyalətində sərnişin avtobusu yoldan çıxıb, səkkiz nəfər həlak olub və 26 nəfər yaralanıb
Türkiyədə Antalya əyalətində sərnişin avtobusu yoldan çıxıb, səkkiz nəfər həlak olub və 26 nəfər yaralanıb

 

Türkiyənin cənubunda, Antalya əyalətində yağışlı havada sərnişin avtobusu yoldan çıxıb, bu da səkkiz nəfərin həyatına son qoyub. Bu haqda “Associated Press” məlumat yayır.

Medianın məlumatına əsasən, 26 nəfər yaralanıb, onlardan bir neçəsinin vəziyyəti kritik ağırdır.

Əyalətin qubernatoru Hulusi Şahin son günlər ərzində Antalyanın güclü yağış nəticəsində zərər gördüyünü bildirib.

“Torpaq nəm olub və ərazidə duman da olub. Bu sürət həddinin aşıla biləcəyi yer deyil, lakin görünür, avtobus yüksək sürətlə hərəkət edirdi” – Antalya əyalətinin qubernatoru bildirir.