Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verdi: 1 nəfər öldü, onlarla insan yaralandı
Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verdi: 1 nəfər öldü, onlarla insan yaralandı

Türkiyədə 5,8 maqnitudalı zəlzələ baş verib.

Yeraltı təkanlar Aralıq dənizi sahilində yerləşən Marmaris şəhərində yerli vaxtla saat 02:17-də qeydə alınıb.

Təkanlar qonşu bölgələrdə, o cümlədən Yunanıstanın Rodos adasında da hiss olunub.

Muğla valisinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 14 yaşlı yeniyetmə həlak olub, 69 nəfər isə yaralanıb. Onlardan 14 nəfərə tibbi yardım hadisə yerində göstərilib.