Türkiyədə 5.3 bal gücündə zəlzələ baş verdi

16:47, 25.02.2023

Türkiyədə 5.3 bal gücündə zəlzələ baş verdi. Bu barədə türk mediası məlumat yayır.

Medianln məlumatına görə, zəlzələnin episentri Niğde vilayətində, 7 kilometr dərinlikdə qeydə alınıdı. Fəlakət dağıntı və insan tələfatı ilə nəticələnməyib.

Fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ nəticəsində Türkiyə və Suriyada ölənlərin sayı 50 mini keçdi. Son göstəricilərlə, Türkiyədə 44 218, Suriyada isə, 5 914 insan ölüb. Zəlzələ nəticəsində zərər görmüş bölgədə likvidasiya işləri davam edir.

Oxşar