Türkiyədə 15 yaşlı yeniyetmə məktəblilərə soyuq silahla xəsarət yetirib

20:29, 06.10.2026

 

Türkiyədə 15 yaşlı yeniyetmə məktəblilərə soyuq silahla xəsarət yetirib. Hadisə İstanbulda Başakşehir rayonunda baş verib. “Euronews”un məlumatına əsasən, yaralanan səkkiz nəfərdən biri dünyasını dəyişib.

Rayonun qubernatorunun məlumatına əsasən, hadisə yerli vaxtla saat 08:35-də baş verib. Rəsmi qurumların əməkdaşları şübhəlini artıq saxlayıblar.

10-cu sinif şagirdi olan qız başqa bir məktəbin şagirdi olub. Türkiyənin təhsil naziri açıqlayıb ki, qız hücumu həyata keçirməzdən əvvəl hücum etdiyi orta məktəbin formasını geyinib.

Baş verənləri Türkiyənin səhiyyə naziri də şərh edib. O, iki məktəblinin orta və ağır vəziyyətdə olduğunu bildirib.

Oxşar