Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rusiyanın Ukrayna vilayətlərinin aneksiyası qərarı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına görə, Rusiyanın Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətlərinin aneksiyası qərarı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ankara 2014-cü ildə keçirilən qanunsuz referendumdan sonra Krımın aneksiyasını tanımayıb və hər zaman Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə güclü dəstəyini vurğulayıb.
“Biz getdikcə geniş miqyas alan müharibənin danışıqlar yolu ilə əldə edilmiş ədalətli sülh əsasında həllini dəstəklədiyimizi bir daha bəyan edirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.
Məlumat üçün, Rusiya prezidenti Vladimir Putin və separatçı liderlər işğal olunmuş Xerson, Zaporojye, Donetsk və Luqansk ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “sazişlər” imzaladılar.