Türkiyə və Rusiya prezidentləri Ukrayna məsələsi barəsində söhbət etdilər
Türkiyə və Rusiya prezidentləri Ukrayna məsələsi barəsində söhbət etdilər.
Türkiyə prezidentinin kommunikasiya direktoratının məlumatına görə, Rəcəb Tayyib Ərdoğan telefon danışığında Qara Dəniz taxıl təşəbbüsünün yenidən genişləndirilməsinə müsbət münasibətinə görə, Vladimir Putinə təşəkkür etdi.
Ərdoğan bəyan etdi ki, Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişənin danışıqlar yolu ilə tez bir zamanda bitməsinə böyük əhəmiyyət verir.
Türkiyə prezidenti həmçinin bəyan etdi ki, iki ölkə Soçidə razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar ata bilər.