Türkiyə və Fransada meşə yanğını ilə mübarizə aparırlar, yanğının səbəbi kimi havanın rekord səviyyədə yüksək temperaturu göstərilir
Türkiyə və Fransada meşə yanğını ilə mübarizə aparırlar, yanğının səbəbi kimi havanın rekord səviyyədə yüksək temperaturu göstərilir

 

Türkiyə və Fransada meşə yanğını ilə mübarizə aparırlar. Yanğının səbəbi kimi havanın rekord səviyyədə yüksək temperaturu göstərilir.

Türkiyədə qərbi İzmir əyalətində ikinci gündür yanğın tüğyan edir, güclü külək vəziyyəti çətinləşdirir. Mövcud məlumata əsasən, yanğınsöndürənlər ərazidə fövqəladə şəraitdə işləyirlər.

Fransada isə meşə yanğını temperaturun 40 dərəcəni keçdiyi cənub-qərb rayonunda, Odisdə yayılıb. Hakimiyyət nümayəndələri yanğının hələ tam lokallaşdırılmadığını bildiriblər.

Meteoroloji xidmət, “Meteo France” yüksək temperatur səbəbiylə ölkənin 101 departamentindən 84-də həftənin ortasına qədər narıncı həyəcan səviyyəsi elan edib.