Türkiyə və ABŞ prezidentləri telefon danışığı aparıblar, Rəcəb Tayyib Ərdoğan Donald Trampı İranla danışıqları davam etdirməyə çağırıb
Türkiyə və ABŞ prezidentləri telefon danışığı aparıblar və bu zaman Rəcəb Tayyib Ərdoğan Donald Trampı İranla danışıqları davam etdirməyə çağırıb.
Türkiyə Prezident Administrasiyasının bəyanatına əsasən, Ərdoğan həmkarına sülh səyinə dəstək verməyi də təklif edib.
“Ərdoğan İran və Birləşmiş Ştatlar arasındakı gərginlik fonunda diplomatiyanın bütün imkanlarından maksimum istifadə olunmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. O, danışıqların davam edəcəyinə ümidvar olduğunu bildirib və Türkiyənin sülh səyini yenə də dəstəkləyəcəyini qeyd edib” – bəyanatda deyilir.
Ərdoğan və Tramp telefon danışığı zamanı digər məsələləri, o cümlədən Türkiyə və Birləşmiş Ştatların münasibətlərini, Qəzza sektorundakı müharibəni və Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan tərəfindən imzalanmış müdafiə sazişini müzakirə ediblər.