Türkiyə tərəfi, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya bayrağı altında üzən tankerə hücum edilməsi haqda məlumat verir
Türkiyə tərəfi, Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya bayrağı altında üzən tankerə hücum edilməsi haqda məlumat verir

 

Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan Rusiya bayrağı altında üzən tankerə hücum edilib.

Məlumatı Türkiyə Dəniz İşləri Baş İdarəsi yayır.

Onların məlumatında, ekipajın 13 üzvünün zərər görmədiyi deyilir.

Türkiyə Dəniz İşləri İdarəsinin X-də yazdığı kimi, “MIDVOLGA-2” adlı gəmiyə Türkiyə sahilindən 130 km məsafədə hücum edilib. Onların məlumatında, hücumda “kamikadze dron”un iştirak etdiyi deyilir.

Hücumla bağlı verilmiş suala cavab olaraq Türkiyə hakimiyyətinin nümayəndələrindən biri bildirib ki, “Ukrayna hakimiyyəti də daxil olmaqla, müvafiq tərəflərə lazımi bildirişlər göndərilib, lakin əlavə detallar bilinmir”.