Türkiyə silahlı Qüvvələri İdlibə doğru daxil olmanı planlaşdırır
Türkiyə silahlı Qüvvələri İdlibə doğru daxil olmanı planlaşdırır

Türkiyə qoşunları Suriya ərazisinin İdlib əyalətinə qədər içərilərinə doğru hərəkət edə bilər.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kocaeli şəhərində çıxış edərkən deyib.

“Allah izn verərsə, biz İdlibə qədər gedəcəyik”, – deyə Türkiyə lideri bildirib.

 Türkiyə yanvarın 20-də Suriyanın Afrin şəhərində kürd terrorçulara qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.