Türkiyə Respublikasının daxili işlər naziri rəsmi səfərlə Gürcüstandadır

14:22, 01.09.2026

 

Daxili işlər naziri Sulxan Tamazaşvilinin dəvəti ilə Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçi nümayəndə heyəti ilə birlikdə Gürcüstana rəsmi səfərə gəlib.

Sulxan Tamazaşvili türk həmkarını Tbilisi Beynəlxalq Hava Limanında qarşılayıb.

Səfər çərçivəsində iki ölkənin daxili işlər nazirləri geniş tərkibdə görüş keçirəcəklər. Həmçinin, Gürcüstan və Türkiyə Respublikasının daxili işlər nazirliklərinin Polis Akademiyaları arasında Anlaşma Memorandumunun imzalanması planlaşdırılır. Görüş başa çatdıqdan sonra nazirlər birgə bəyanatla çıxış edəcəklər.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Oxşar