Türkiyə Prezidentinin sarayında Mixeil Qavelashvilinin qarşılanma mərasimi keçirilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sarayında Gürcüstan Prezidenti Mixeil Qavelashvilinin qarşılanma mərasimi keçirilib. Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Mixeil Qavelashvili və nümayəndə heyətini Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
“Rəsmi səfər çərçivəsində Mixeil Qavelashvili və Rəcəb Tayyib Ərdoğanın təkbətək, həmçinin geniş tərkibdə görüşləri planlaşdırılır. Bundan sonra media üçün birgə bəyanat veriləcək. Gürcüstan Prezidenti həmçinin Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşəcək.
Gürcüstan nümayəndə heyətinin tərkibinə Xarici İşlər nazirinin müavini Laşa Darsalia, Gürcüstanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Arçil Kalandia, Prezident Administrasiyasının nümayəndələri, Türkiyə Respublikası Parlamenti ilə dostluq qrupunun rəhbəri və üzvləri – Giorgi Chxonia, Mariam Laşxi, Quram Maçarashvili daxildir”, – deyə Prezident Administrasiyasının məlumatında qeyd olunur.