Türkiyə prezidentinin müşaviri – Vladimir Putin Qərblə yeni sövdələşmə istəyir
Türkiyə prezidentinin müşavirinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Qərblə Rusiya arasında yeni “böyük sövdələşmə” bağlamaq istəyir. Bu barədə İbrahim Kalın “CNN” teleşirkətinə müsahibəsi zamanı bəyan etdi.
Onun sözlərinə görə, “Kiyev və Moskva arasında danışıqlar yəqin ki, hansısa mərhələdə bərpa olunacaq”.
“Bizim anlayışımıza görə, cənab Putin Qərblə yeni böyük sövdələşmə, yeni razılaşma istəyir. Qismən bu, Ukraynaya aiddir, bu şübhəsizdir, lakin daha geniş məsələ əslində Rusiya ilə Qərb dünyası arasında yeni razılaşmadır
Elə onun dediyinə görə, Rusiyada hesab edirlər ki, soyuq müharibə başa çatdıqdan sonra imzalanan razılaşmalar Rusiyanın indiki mövqeyini əks etdirmir.
“Yeni Rusiya, yeni aləm, yeni reallıq mövcuddur və onlar istəyirlər ki, yeni sövdələşmələri olsun”, – İbrahim Kalın “CNN” teleşirkətinə müsahibəsi zamanı bəyan etdi.
Elə onun dediyinə görə, nəticədə bütün qlobal liberal nizam yeni sınaqdan keçir.