Türkiyə polisi dövlət tenderləri ilə bağlı korrupsiya işi çərçivəsində 59 nəfəri, o cümlədən Mersin əyalətinin merini, Yenişehir və Mezitli bələdiyyələrinin merlərini saxlayıb
Türkiyə polisi dövlət tenderləri ilə bağlı korrupsiya işi çərçivəsində 59 nəfəri, o cümlədən müxalif Cümhuriyyət Xalq Partiyasından olan Mersin əyalətinin meri Vahap Seçeri, həmçinin Yenişehir bələdiyyəsinin meri Abdulla Özyiğiti və Mezitli bələdiyyəsinin meri Ahmed Serkan Tunceri saxlayıb.
Məlumatı “Anadolu” yayır.
Medianın məlumatında, onların dövlət tenderlərinin keçirilməsi zamanı dələduzluqda ittiham olunduqları deyilir.
Mersin Baş Prokurorluğunun bəyanatına əsasən, hər üç halda dövlət maraqlarına vurulmuş ziyanın ümumi məbləği 1.4 milyard türk lirəsini keçib.
Bundan başqa, Mezitli bələdiyyəsinin meri Ahmed Serkan Tuncerə qarşı korrupsiya işi ilə bərabər daha bir ayrıca təhqiqat aparılır. Tuncerə qarşı təhqiqat “silahlı cinayətkar təşkilata rəhbərlik etmə” ilə başladılıb. O, münaqişə yaşadığı şəxslərin bizneslərinə qarşı silahlı hücumlar təşkil etməkdə təqsirləndirilir. Medianın məlumatına əsasən, hücumların hədəfləri arasında “Yeni Partiyası”nın regional ofisinin binası və medialardan birinin ofisi olub. Onlarla mer, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunan İstanbulun meri Ekrem İmamoğlu korrupsiya təhqiqatı çərçivəsində məhkəmə prosesi gözləntisində həbsxanadadırlar.
Müxalifət ittihamları rədd edir və onları siyasi motivli adlandırır.