Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzvlüyü sənədini ratifikasiya etdi
Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzvlüyü sənədini ratifikasiya etdi. Qanunvericilik orqan Finlandiyanın NATO-ya üzv olmasına icazə verən qanun layihəsini təsdiqlədi. Sənədi 276 deputat dəstəklədi.
Türkiyə Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edən alyansın sonuncu üzvü oldu. Bənzər qərarı bir neçə gün bundan əvvəl Macarıstan da qəbul etdi.
Türkiyə Parlamentinin bu qərarına alyansın baş katibi, Yens Stoltenberq əks səda verdi.
“Türkiyə Böyük Millət Məclisinin Finlandiyanın üzvlüyünün ratifikasiyasını yekunlaşdırmaq üçün səsverməni alqışlayıram”, – NATO-nun baş katibi “tvitterdə” yazır.
Onun dediyinə görə, Finlandiyanın üzvlüyü bütün NATO ailəsini daha güclü və təhlükəsiz edəcək.