Türk mətbuatının məlumatına görə, Türkiyə ordusu “Kürd Fəhlə Partiyasına” qarşı martda başladığı hərbi əməliyyat çərçivəsində hərəkət edir və İraqda, Kandil dağlarına doğru gedir.
Türkiyənin hakim, “Ədalət və İnkişaf” partiyasının mətbuat katibinin bəyanatına görə, Türkiyə İraqa tərəf anti-terror kampaniyasını “Fərat Qalxanı” və “Zeytun Budağı” əməliyyatının başa çatmasından sonra həyata keçirir.
İraq-İran sərhədində yerləşən Kandil dağları “Kürd Fəhlə Partiyasının” əsas istinad məntəqəsidir.