Türkiyə ölkəyə daxil olmaq üçün “PCR” testləri tələbini ləğv edir. Medianın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayır.
“Koronavirus pandemiyasının hazırkı qiymətləndirilməsinə əsasən, iyunun 1-dən ölkəyə istənilən buraxılış məntəqəsindən daxil olarkən 72 saat əvvəl götürülən “PCR” və 48 saat əvvəl götürülən sürətli antigen testinin mənfi nəticələrinin təqdim edilməsinə ehtiyac olmayacaq”, – Nazirliyin bəyanatında deyilir.
Bununla yanaşı, mətbuatda yayılan məlumatlara görə, mayın 29-da Türkiyə hökuməti tibb müəssisələrindən başqa hər yerdə maskanın məcburi taxılmasını ləğv etdi. Qərar ölkədə koronavirusa yoluxma hallarının kəskin azalması fonunda qəbul edildi.