Türkiyə müxalifəti İstanbulun meri vəzifəsinin icraçısı olaraq Nuri Aslanı seçib
İstanbulun Bələdiyyə Şurası İstanbulun meri vəzifəsinin icraçısı olaraq müxalifət partiyasının nümayəndəsi Nuri Aslanı seçib.
Bu barədə “Reuters” məlumat yayır.
“Reuters”in yazdığı kimi, İstanbulun müxalifət tərəfindən idarə olunan Bələdiyyə Şurası Ekrem İmamoğlunun həbsdə olduğu müddətdə şəhəri idarə etməsi üçün müvəqqəti meri seçib.
İstanbulun 314 nəfərlik şurası müxalifət partiyasının üzvü Nuri Aslanı 177 səslə seçib.
Xatırladaq ki, məhkəmə İstanbulun meri Ekrem İmamoğlu barəsində həbs qətimkan tədbiri seçib. O, korrupsiyada və terror qruplaşmasına dəstək verməkdə ittiham olunur. İmamoğlunun həbsindən sonra ölkədə etiraz aksiyaları başlayıb, 1400-dən çox insan saxlanılıb.