Türkiyə Müdafiə Nazirliyi, təyyarə qəzası nəticəsində həlak olan hərbi qulluqçuların bu gün Türkiyəyə gətiriləcəyi haqda məlumat verir
Türkiyə Müdafiə Nazirliyi, təyyarə qəzası nəticəsində həlak olan hərbi qulluqçuların bu gün Türkiyəyə gətiriləcəyi haqda məlumat verir

 

Türk hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuları bu gün Türkiyəyə aparacaqlar. Bu haqda məlumatı Türkiyə Müdafiə Nazirliyi yayır.

Onlar, həlak olmuş hərbçiləri yas mərasimindən sonra dəfn edəcəkləri haqda məlumat verirlər.

Qurumun bəyanatında deyilir ki, təyyarə qəzasının səbəbi müvafiq qrup tərəfindən ətraflı istintaq aparılması nəticəsində müəyyən ediləcək.

“Nəticəni mümkün qədər tez əldə etmək üçün səylərimizi davam etdiririk. Qəzadan sonra axtarış-xilasetmə əməliyyatı üçün bütün resursları səfərbər etdiklərinə və operativ reaksiya verdiklərinə görə Gürcüstan və Azərbaycan hakimiyyətlərinə təşəkkür edirik” – Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bununla yanaşı, qurum təyyarənin döyüş sursatları daşıdığı haqda yayılmış məlumatları təkzib edir.

“Təyyarəmiz təyyarələrin texniki təminatı üçün avadanlıq və şəxsi heyəti daşıyırdı. Göyərtədə döyüş sursatı olmayıb” – nazirlikdə qeyd edirlər.

Məlumat üçün bildirək ki, Siğnaği Munisipalitetində Gürcüstanın dövlət sərhədindən təxminən 5 kilometrdə türk hərbi təyyarəsi qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyində qəzaya uğrayan türk təyyarəsinin göyərtəsində 20 hərbçinin olduğunu bildiriblər. Təyyarə Azərbaycandan Türkiyə istiqamətində reys yerinə yetirirdi.