Türkiyə Müdafiə nazirinin məlumatına görə, İstanbulda keçirilən görüşdə tərəflər Ukraynadan dəniz yolu ilə taxıl ixracı üçün koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəldilər
Türkiyə Müdafiə nazirinin məlumatına görə, İstanbulda keçirilən görüşdə tərəflər Ukraynadan dəniz yolu ilə taxıl ixracı üçün koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəldilər

Ukraynadan taxıl ixracı ilə bağlı İstanbulda keçirilən dördtərəfli görüşdə proqress əldə edildi. Türkiyə Müdafiə naziri, Hulusi Akarın məlumatına görə, İstanbulda keçirilən görüşdə tərəflər Ukraynadan dəniz yolu ilə taxıl ixracı üçün koordinasiya mərkəzinin yaradılması barədə razılığa gəldilər.

“Dördtərəfli görüşdə limanın çıxış nöqtələrində birgə nəzarət və marşrutlarda naviqasiyanın təmin edilməsi kimi texniki məsələlərlə bağlı razılıq əldə olunub”, – nazir bəyan etdi.

Elə onun sözlərinə görə, gələn həftə Ukrayna və Rusiya nümayəndə heyətləri sazişi imzalamaq üçün yenidən Türkiyədə görüşəcəklər.