Türkiyə məhkəməsi İstanbulun merini 1 il 8 ay həbs cəzasına məhkum edib
Türkiyə məhkəməsi İstanbulun merini İstanbulun baş prokuroruna yönəlik “təhdiddə” təqsirli bilib. Ekrem İmamoğlu 1 il 8 ay həbs cəzasına məhkum edilib.
Bu haqda “Bloomberg” yazır.
İstanbulun meri ehtimal ki, bu qərarı şikayət edəcək və şikayətin bütün hüquqi vasitələri tükənənə qədər cəza qüvvəyə minməyəcək.
“Bloomberg”in yazdığı kimi, Türkiyədə iki ilə qədər həbs cəzası adətən cərimə ilə əvəzlənir, lakin İmamoğlunu daha bir neçə məhkəmə prosesi gözləyir və ona siyasi fəaliyyətdə iştirakın qadağan edilməsi riski mövcuddur.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab edilən Ekrem İmamoğlunu martın 19-da korrupsiya və terror təşkilatına dəstək ittihamı ilə saxlayıblar. Ekrem İmamoğlunun həbsindən sonra Türkiyədə kütləvi etiraz nümayişləri başlayıb.