Türkiyə məhkəməsi həbsdə olan İstanbulun meri Ekrem İmamoğluna qarşı siyasi casusluq işi üzrə istintaq başladıb
Türkiyə məhkəməsi həbsdə olan İstanbulun meri Ekrem İmamoğluna qarşı siyasi casusluq işi üzrə istintaq başladıb.
Onun saxlanılması üçün order verilib.
“Reuters”in qeyd etdiyi kimi, Türkiyənin məhkəmə təcrübəsi yeni istintaq başladılması halında, artıq həbsdə olan şəxs barəsində onun saxlanılması üçün formal orderin verilməsini nəzərdə tutur.
Son iş çərçivəsində İmamoğlunu “prezidentlik kampaniyası üçün vəsait toplamaq məqsədilə rüşvət və beynəlxalq dəstək qazanmaq üçün casusluq”da ittiham edirlər.
Yayılmış bəyanatda İmamoğlu yeni ittihamları rədd edir. “Biz dillə ifadə edilməz dərəcədə utancverici əxlaqsızlıqla üzləşmişik” – İstanbulun meri qeyd edir.
Xatırladaq ki, prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab edilən Ekrem İmamoğlunu martın 19-da korrupsiya və terror təşkilatını dəstəkləmək ittihamı ilə saxlayıblar. Ekrem İmamoğlunun həbsi Türkiyədə kütləvi etiraz nümayişləri ilə müşaiyət olunub. Bununla yanaşı, iyulda Türkiyə məhkəməsi İstanbulun merini şəhərin baş prokurorunu təhdid etməkdə təqsirli bilib və onu 1 il səkkiz ay həbs cəzasına məhkum edib.