Türkiyə mediası - Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlar çərçivəsində 600 km sərhədə nəzarət yaradacaq, 470 qəsəbə və kəndi tutacaq
Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlar çərçivəsində 600 km sərhədə nəzarət yaradacaq, 470 qəsəbə və kəndi tutacaq. Bu barədə Türkiyənin “Turkey” nəşrinin məqaləsində deyilir.
Nəşrin məlumatına görə, Türkiyə hərbi qüvvələri əməliyyat çərçivəsində Suriyaya sərhəddən 45 kilometr dərinliyinə daxil olacaq.
Diplomatik mənbəyə istinad edərək “Turkey” məqaləsində qeyd olunur ki, Türkiyə Suriyada Təl-Rifat və Mənbici alaraq 35 kilometrlik təhlükəsizlik zonası yaradacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mərhələli şəkildə davam edəcəyini bəyan etdiyi əməliyyatların məqsədi Rəsuləin və Maliki arasındakı 300 kilometrlik oxunu təmizləməkdir.