Türkiyə mediası – Türkiyə Rusiyadan aldığı “S-400” tipli hava hücumundan müdafiə sistemini Fars körfəzi ölkələrindən birinə satıb

13:55, 10.07.2026

Türkiyə Rusiyadan aldığı “S-400” tipli hava hücumundan müdafiə sistemini Fars körfəzi ölkələrindən birinə satıb.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Yayılan məlumatlara görə, iyulun 9-da razılaşmanın yekun detalları üzərində iş davam edib və qalan məsələlər gecə yarısına qədər həll olunub.

Türkiyə mediasının məlumatına əsasən, Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərinin satışı ilə bağlı açıqlamanın bu gün veriləcəyi gözlənilir.

2019-cu ildə Türkiyənin Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemini almasının ardından ABŞ Ankaraya qarşı sanksiyalar tətbiq edib və Türkiyəni “F-35” proqramından çıxarıb. NATO sammitində ABŞ Prezidenti Donald Tramp Türkiyəyə qarşı tətbiq olunan sanksiyaların ləğvi imkanını nəzərdən keçirdiyini bildirib.

Oxşar