Türkiyə Xarici İşlər naziri - Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq borcumuzdur
Türkiyə Xarici İşlər naziri - Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq borcumuzdur

Azərbaycanın haqlı mübarizəsini bütün dünyaya çatdırmaq borcumuzdur, – bu barədə Türkiyə Xarici İşlər naziri, Mövlud Çavuşoğlu Azərbaycan prezidenti, İlham Əliyevlə görüşü zamanı bəyan etdi.

Türkiyə Xarici İşlər nazirinin dediyinə görə, Azərbaycan hüquqi və mənəvi cəhətdən haqlıdır və Azərbaycanın işğal olunmuş əraziləri azad olunmalıdır.

“Türk xalqının Azərbaycana olan dəstəyini bir daha bütün dünyaya göstərmək üçün buraya gəldim. Əlbəttə, Azərbaycana hər cür dəstəyi verməyə hazırıq”, – Mövlud Çavuşoğlu bəyan etdi.