Gürcüstanda, Türkiyə kartofunun idxalı qadağan edilir. Bu, xərçəng xəstəliyi daşıyan kartofun yayılmaması üçün müvəqqəti tədbirdir.
Məhsulun gətirilməsi iyun ayına kimi dayandırılacaq. Bu, xəstəlik daşıyan kartofun səpin riskinin olduğu vaxtdı və mütəxəssislərə əsasən, torpağa uzun illər üçün zərər verə bilər.
Zərərli orqanizmin mövcudluğunu bu il, Türkiyədən gətirilmiş 20 partiyada aşkar ediblər.
Hazırladı: Sandro Cupalakiani, Leyla Əkbərova