Türkiyə hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatına qoşulmaq üçün Türkiyə Gürcüstana Akinci pilotsuz uçuş aparatı göndərib
Türkiyə hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatına qoşulmaq üçün Türkiyə Gürcüstana Akinci pilotsuz uçuş aparatı göndərib

Türkiyə, Gürcüstanda hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğradığı ərazidə axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Akinci tipli pilotsuz uçuş aparatı göndərib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, pilotsuz uçuş aparatı yaxın saatlarda axtarış işlərinə qoşulacaq.

Qeyd edək ki, Akinci dronu 2024-cü ildə İran prezidentinin təyyarə qəzasından sonra da istifadə olunmuşdu.

Siğnaği bələdiyyəsində, Gürcüstan dövlət sərhədindən təxminən 5 kilometr məsafədə Türkiyəyə məxsus hərbi təyyarə qəzaya uğrayıb. Təyyarə Azərbaycan–Türkiyə istiqamətində reys həyata keçirirdi.

Faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi ilə istintaq aparılır. Bu maddə hava nəqliyyatının təhlükəsizliyi və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmağı nəzərdə tutur.