Türkiyə hakimiyyətinin məlumatına görə, buğda ilə yüklənmiş daha iki gəmi Ukraynanın Çornomorsk limanını tərk etdi
Türkiyə hakimiyyətinin məlumatına görə, Ukraynanın Çornomorsk limanını buğda ilə yüklənmiş daha iki gəmi tərk etdi. Məlumatı “Qardian” nəşri yayır.
BMT-nin vasitəçiliyi ilə, taxıl ixracı müqaviləsi çərçivəsində Ukraynanın Qara Dəniz limanını artıq 27 gəmi tərk edib.
Yayılan məlumata görə, gəmidə 6300 ton günəbaxan yağı və 25 min ton buğda var. Ukraynadan buğda ixracı iyulun sonunda Moskva, Kiyev və BMT arasında əldə olunan razılaşmadan sonra bərpa edildi.