Türkiyə Ədliyyə Nazirliyi ölkənin Daxili İşlər Nazirliyinə Benyamin Netanyahunun həbs edilməsi məqsədilə “qırmızı sirkulyar” verilməsi üçün müraciət edib

19:11, 21.08.2026

 

Türkiyə Ədliyyə Nazirliyi ölkənin Daxili İşlər Nazirliyinə İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq həbsi məqsədilə “qırmızı sirkulyar” verilməsi üçün müraciət edib – bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Türk nazirin sözlərinə əsasən, beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan “Qlobal Donanma”nın aktivistlərinə hücumla bağlı məhkəmə prosesi qətiyyətlə davam edir.

“Benyamin Netanyahu və Afek Moskoviç beynəlxalq sularda Qəzzaya humanitar yardım çatdıran mülki əhaliyə qarşı silahlı müdaxilə və aktivistlərin saxlanılması ilə bağlı əməllərinə görə “bəşəriyyətə qarşı törədilmiş cinayətlər”, “soyqırım”, “ağırlaşdırıcı hallarda azadlıqdan məhrumetmə”, “qəsdən bədən xəsarəti yetirmə”, “işgəncə”, “əmlaka ziyan vurma”, “ağırlaşdırıcı hallarda soyğunçuluq” və “nəqliyyat vasitələrinin qaçırılması” ittihamları ilə mühakimə olunurlar. Biz Qəzzada soyqırım siyasəti yürüdən Netanyahu administrasiyasının toxunulmaz olması anlayışı ilə qətiyyən razılaşmırıq” – Türkiyənin ədliyyə naziri qeyd edib.

Gürlek bildirib ki, bu kontekstdə İstanbul 11-ci Ağır Cəza Məhkəməsi 35 təqsirləndirilən şəxsə, o cümlədən İsrailin Baş naziri Benyamin Netanyahu və Afek Moskoviçə qarşı 2026/108 saylı iş çərçivəsində cinayət təqibi həyata keçirir.

Oxşar