Türkiyə Daxili İşlər Nazirliyi etiraz aksiyaları zamanı ümumilikdə 1133 nəfərin saxlanılması haqda məlumat verir

16:18, 24.03.2025
A protester shouts slogans during a protest against the arrest of Istanbul's Mayor Ekrem Imamoglu, in Istanbul, Turkey, Saturday, March 22, 2025. (AP Photo/Francisco Seco)

A protester shouts slogans during a protest against the arrest of Istanbul's Mayor Ekrem Imamoglu, in Istanbul, Turkey, Saturday, March 22, 2025. (AP Photo/Francisco Seco)

 
Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın bəyanatına əsasən, ötən həftədən başlayan etiraz aksiyaları zamanı ümumilikdə 1133 nəfəri saxlayıblar.

Sosial mediada yayılmış bəyanatında Yerlikaya etirazçıları „ictimai nizamın pozulmasına cəhd etməkdə, küçə aksiyalarını təşviq etməkdə və polisə hücum etməkdə“ ittiham edir.

“Bu cür hərəkətlər xalqımızın əmin-amanlığını və təhlükəsizliyini pozmağa yönəlib. Heç kim gəncliyimiz və xalqımızdan öz siyasi ambisiyaları üçün sipər kimi istifadə etməyə cəhd etməsin” – Türkiyənin daxili işlər naziri qeyd edir.

Bununla yanaşı, Türkiyə polisi tərəfindən İstanbul və İzmir şəhərlərində keçirilən reydlər zamanı ən azı on jurnalist saxlanılıb. Bu barədə məlumatı xəbər agentlikləri və qeyri-hökumət təşkilatları yayırlar. „France-Presse“nin məlumatına əsasən, saxlanılanlar arasında agentliyin fotoqrafı da var, onu evində saxlayıblar.

Oxşar