Türk tərəfi Ortaq Hərbi Mərkəzin artilleriya məktəbinə yenilənmiş təlim simulyatoru verib
Türk tərəfi Gürcüstanın Müdafiə Qüvvələrinin Təlimlər və Hərbi Təhsil Komandanlığının Ortaq Hərbi Mərkəzinə proqram təminatı ilə yenilənmiş artilleriya simulyasiya sinfini verib.
Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.
Onların məlumatına əsasən, Ortaq Hərbi Mərkəzin artilleriya məktəbinə simulyatorların verilməsi Gürcüstan və Türkiyə arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilib.
“Tədbirdə Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor Zaza Çxaidze, Müdafiə Qüvvələrinin Təlimlər və Hərbi Təhsil komandanı, polkovnik Zurab Xviçia, Ortaq Hərbi Mərkəzin komandanı, polkovnik Nikoloz Aqladze, Türkiyə Respublikasının səfiri Ali Kaan Orbay və müdafiə attaşesi, polkovnik İlhan Oktendural iştirak ediblər. Yenilənmiş simulyasiya sinfi artilleriyaçılara praktiki bacarıqları inkişaf etdirməyə kömək edəcək” – Gürcüstan Müdafiə Nazirliyinin məlumatında deyilir.