Türk mediasının yaydığı məlumata görə, Türkiyədə növbəti prezident seçkiləri ərəfəsində Prezident Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın hakim partiyanın sədri olması ilə bağlı əsasən konsensus formalaşıb
Məlumatda bildirilir ki, idarəetmə modelində mümkün dəyişiklik nəzərə alınaraq, “prezidentin səlahiyyətlərinin bir hissəsindən imtina etməsi” kimi formulə ediləcək addımın atılması planlaşdırılır.
Qeyd olunur ki, “Ədalət və İnkişaf Partiyası” Bilal Ərdoğanın prezidentlik müddəti ilə bağlı məsələni növbədənkənar seçkilər ehtimalı əsasında tənzimləyə bilər.
Partiyadakı mənbələrin iddiasına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2026-cı ilin noyabr ayına qədər partiya sədri vəzifəsini tərk edə bilər.