Türk mediasının məlumatına görə, Türkiyə İsveç və Finlandiya ilə planlaşdırılmış üçtərəfli görüşü ləğv etdi
Türk mediasının məlumatına görə, Türkiyə İsveç və Finlandiya ilə planlaşdırılmış üçtərəfli görüşü ləğv etdi

Türkiyə İsveç və Finlandiya ilə planlaşdırılmış üçtərəfli görüşü ləğv etdi. Türk mediasının məlumatına görə, qç ölkə nümayəndələrinin fevralda Brüsseldə keçirilməsi nəzərdə tutulan danışıqları qeyri-müəyyən müddətə təxirə salındı.

Ona qədər Türkiyə prezidenti bəyan etdi ki, İsveç NATO-ya daxil olmaq məsələsində Ankaradan dəstək gözləməməlidir.

Türkiyənin narazılığına bayram günlərində Stokholmda keçirilən, həmin vaxtı da Quran yandırılan, Türkiyə əleyhinə nümayişlər səbəb oldu. İsveçin baş naziri bu aksiyanı pislədi.

Stokholmda bəyan etdilər ki, NATO-ya daxil olmaq məsələsində Türkiyə ilə dialoqu bərpa etmək istəyirlər. Finlandiyada isə, dedilər ki, Ankara ilə danışıqlarda fasilə götürülməlidir.

Xatırladırıq ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu, yalnız Türkiyə və Macarıstan ratifikasiya etməyib.