Türk mediasının məlumatına əsasən, Türkiyə və Azərbaycan Gürcüstandan keçməklə təbii qazın nəqli haqda yeni razılaşmaya nail olublar
Türkiyə və Azərbaycan Gürcüstandan keçməklə təbii qazın nəqli haqda yeni razılaşmaya nail olublar – bu haqda “Anadolu” yazır.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın qeyd etdiyi kimi, Türkiyə və Azərbaycan 33 milyard kubmetr dəyərində təbii qaz haqda yeni razılaşmaya nail olublar.
Bayraktar qeyd edib ki, razılaşma Xəzər dənizində yerləşən Abşeron yatağından 15 il ərzində ildə 2.25 milyard kubmetr təbii qazın tədarükünü nəzərdə tutur.
O, müqavilənin 2029-cu ildə qüvvəyə minəcəyini və 2040-cı ilə qədər davam edəcəyini bildirib. Bayraktar, Türkiyəyə təbii qazın Bakı-Tbilisi-Erzurum boru kəməri vasitəsilə tədarük ediləcəyini xüsusilə qeyd edib.