Türk mediası – Türkiyə iqtidarı Suriya və Türkiyədə “Kürdüstan İşçi Partiyası”nın tamamilə məhv edilməsi planını hazırlayır

13:49, 26.12.2024

 
Türkiyə iqtidarı Suriya və Türkiyədə “Kürdüstan İşçi Partiyası”nın tamamilə məhv edilməsi planını hazırlayır – bu haqda türk mediası yazır. Türk mediası yazır ki, ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın gələcəyi ilə bağlı mühüm mesajlar səsləndirib.

“Kürdüstan İşçi Partiyası” və “Xalq Müdafiə Birlikləri” üçün geri sayım başladı. Böyük plan həyata keçirilir. “Kürdüstan İşçi Partiyası” təkcə Suriyada deyil, Türkiyədə də məhv ediləcək. Ya silahlarını yerə qoyub, özlərini ləğv edəcəklər, ya da onları silahlarını yerə qoymağa və ləğv edilməyə məcbur edəcəklər” – türk mediası yazır.

Bundan əvvəl Ərdoğan kürd hərbi qruplaşmalarından danışarkən bildirib ki, separatçı qatillər ya silahları ilə özləri vidalaşacaqlar, ya da Suriya ərazisində “silahları ilə birlikdə basdırılmalı olacaqlar”.

“Terror təşkilatı və onu dəstəkləyənlərin planı olduğu kimi, bizim də planımız var” – Türkiyənin Prezidenti bildirib.

Oxşar