Türk mediası hərbi yük təyyarəsinin qara qutusunun deşifrə edilməsinə başlanıldığı haqda məlumat verir
Türk mediası hərbi yük təyyarəsinin qara qutusunun deşifrə edilməsinə başlanıldığı haqda məlumat verir

 

Türk mediası hərbi yük təyyarəsinin qara qutusunun deşifrə edilməsinə başlanıldığı haqda məlumat verir. Türk mediasına əsasən, hadisənin dəqiq səbəbi ehtimal ki, təyyarənin qalıqlarının yoxlanılması başa çatdıqdan və qara qutunun deşifrəsindən sonra müəyyən ediləcək.

Media, təyyarənin hissələrinin yük maşınlarına yüklənərək Türkiyəyə aparıldığını yazır. Qalıqlar Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş Direktoratlığına məxsus Kayseridə 2-ci Hava Texniki Xidmət Zavodu Direktoratlığında araşdırılacaq.

Türk mediasına əsasən, qəzanın istintaq qrupu ərazidə istintaqı cari həftənin sonuna qədər davam etdirəcək.

Məlumat üçün bildirək ki, Siğnaği Munisipalitetində Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında göyərtəsində 20 hərbçinin olduğu türk hərbi təyyarəsi noyabrın 11-də qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyə istiqamətində reys yerinə yetirirdi.