Türk hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər davam edir [şəkil]
Siğnaği Munisipalitetində, türk hərbi təyyarəsinin qəzaya uğradığı yerdə müvafiq xidmətlərin nümayəndələri xilasetmə və istintaq işlərini bu vaxtadək davam etdirirlər.
Müxtəlif qurumların nümayəndələri bütün gecə ərzində hadisə yerində çalışıblar.
Siğnaği Munisipalitetində Gürcüstanın dövlət sərhədindən təxminən 5 kilometrdə türk hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin Azərbaycan-Türkiyə istiqamətində reys yerinə yetirdiyi məlum olub. Faktla əlaqədar istintaq Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü hissəsi ilə aparılır, bu isə insan ölümü ilə nəticələnən hava nəqliyyatının hərəkət təhlükəsizliyi və ya istismarı qaydasının pozulması deməkdir.











