Turizm Administrasiyası – avqust ayında Gürcüstana 912 041 beynəlxalq səyahətçi səfər etdi

11:03, 07.09.2022

Milli Turizm Administrasiyası avqust ayının statistik göstəricilərini dərc etdiri. İdarənin məlumatına görə, avqust ayında Gürcüstana 912 041 beynəlxalq səyahətçi səfər etdi. 2021-ci ilin avqust ayı ilə müqayisədə artım +195,5% təşkil edir, 2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq səyahətçilərin səfərlərinin bərpası 67,1% təşkil etdi.

“Turist səfərlərinin bərpası dinamikası əhəmiyyətli dərəcədə artıb. 2022-ci ilin avqust ayında Gürcüstana 582 995 beynəlxalq turist səfəri baş tutdu ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə +135,8% təşkil edir. 2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq turist səfərlərinin bərpası 77,4% təşkil edir.

2022-ci ilin yanvar-avqust aylarında 3 256 370 beynəlxalq səyahətçi ziyarət etdi ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə artım +208,9% təşkil edir. 2019-cu ilin səkkiz ayının məlumatları ilə müqayisədə beynəlxalq səyahətçilərin səfərlərinin bərpası 51,5% təşkil etdi.

2022-ci ilin səkkiz ayında Gürcüstana 2 251 978 beynəlxalq turist səfəri baş tutdu, 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım +155% təşkil edir. 2019-cu ilin eyni dövrü ilə müqayisədə beynəlxalq turist səfərlərinin bərpası 65,3% təşkil etdi”, – Milli Turizm Administrasiyasından bəyan edirlər.

Oxşar