Turin "Yuventus"u Vitali Daraselia adına kubokun qalibi olub #1TVSPORT
“Yuventus” akademiya komandası finalda “Valensiya”ya 1:0 hesabı ilə qalib gələrək Vitali Daraselia adına kubokun qalibi olub.
“Dinamo Arena”da keçirilən görüşün taleyini ilk hissənin sonlarında italyanlar həll edib – Fabio Badarunun 39-cu dəqiqədə (Final matçında 40 dəqiqəlik hissələr oldu) vurduğu qol turinlilərə nəhayət qələbə qazandıran yeganə qol olub.
Maraqlıdır ki, “Yuventus” akademiya komandası qrupda “Uotford” və “Dinamo Tbilisi”yə uduzaraq sonuncu yeri tutsa da, turnirin reqlamenti onlara kubok uğrunda mübarizəni davam etdirməyə imkan verib ki, italyanlar bundan böyük yararlanıblar.
Beşinci yer uğrunda “Qalatasaray”la qarşılaşan “Lokomotiv” 2:0 hesabı ilə qalib gəlib, üçüncü yer uğrunda görüşdə isə “Dinamo Tbilisi” “Uotford”a 0:1 hesabı ilə uduzub.