Tulsi Qabbard – “Dərin dövlət” və onun təbliğat mediasının məqsədi Ukraynada sülhün bərqərar olması üçün Donald Trampın səylərini sarsıtmaqdır
ABŞ-ın milli kəşfiyyat direktoru Tulsi Qabbard bəyan edib ki, “dərin dövlətin” və ona bağlı təbliğat mediasının məqsədi Ukraynada sülhün təmin olunması istiqamətində Donald Trampın səylərini baltalamaqdır.
Onun sözlərinə görə, Rusiyanın Ukraynanı işğal və tam nəzarət altına almaq imkanları yoxdur.
“‘Dərin dövlətin’ müharibə tərəfdarları və onların təbliğat mediası yenidən prezident Trampın Ukraynada – əslində isə bütün Avropada – sülhü bərqərar etmək səylərini sarsıtmağa çalışır. Onlar yalan iddia irəli sürürlər ki, guya ‘ABŞ kəşfiyyat icması’ Avropa İttifaqı/NATO-nun Rusiyanın məqsədinin Avropaya hücum və onu ələ keçirmək olması barədə baxışını bölüşür və dəstəkləyir (öz müharibəpərəst siyasətlərinə dəstək qazanmaq üçün). Həqiqət isə ondan ibarətdir ki, ‘ABŞ kəşfiyyat xidməti’ Rusiyanın nə Ukraynanı işğal və işğal altında saxlamaq, nə də Avropaya ‘hücum və onu ələ keçirmək’ imkanına malik olduğunu qiymətləndirir”, – deyə Tulsi Qabbard yazır.