Tulsi Qabard - Çarli Kirki ideologiyalara əsaslanan, özlərinə qarşı çıxanları susdurmaq üçün yeganə çıxış yolunun zorakı hərəkətlər olduğunu hesab edən insanlar qətlə yetirdilər
Amerikanın Milli Kəşfiyyatının direktoru Tulsi Qabard Çarli Kirkin qətlini 11 sentyabr terror hücumları ilə müqayisə edib.
Tulsi Qabard bu hadisələr arasında paralel aparıb və qeyd edib ki, hər iki fakt ideologiyalara əsaslanan, tənqid və çağırışlara isə dözə bilməyən insanlar tərəfindən həyata keçirilib.
“Çarlini sentyabrın 10-da qətlə yetirdilər. Sentyabrın 11-də isə ölkədə baş vermiş islamçı terror hücumundan 24 il keçdi. İndi bu hadisələrin nəsə ortaq cəhəti var. Onların hər ikisi ideologiyalara əsaslanan, tənqid və çağırışlara isə dözə bilməyən insanlar tərəfindən həyata keçirilib. Məhz buna görə də özlərinə qarşı çıxanları susdurmaq üçün yeganə çıxış yolunun zorakı hərəkət törətmək olduğunu hesab edirlər. İnsanları susdurmaq üçün başqalarını qorxutmaq və terror – terrorizmin tərifi budur” – Tulsi Qabard Vaşinqtonda “Kennedi Mərkəzi”ndə çıxışı zamanı qeyd edib.