Tsotne Qamsaxurdiaya qarşı törədilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktında təqsirləndirilən Qaqa Mkurnalidze və Qiorqi Butliaşvili barəsində qətimkan tədbiri olaraq girov təyin edilib
Tbilisi Şəhər Məhkəməsi Cəzaçəkmə Departamentinin sədrinin sabiq müavini Qaqa Mkurnalidze və Cəzaçəkmə Departamentinin 18 saylı tibb müəssisəsinin sabiq direktoru Qiorqi Butliaşvili barəsində qətimkan tədbiri olaraq girov təyin edib.
İclasda ittiham tərəfi Qaqa Mkurnalidze barəsində 10 000 lari, Qiorqi Butliaşvili barəsində isə 2 000 lari girov təyin edilməsini tələb edirdi.
Dövlət ittihamçısı gizlənmə və yenidən cinayət törətmək təhlükələrinin olduğunu bildirib. Müdafiə tərəfi bu mövqe ilə razılaşmırdı.
Vəkil Malxaz Velicanaşvilinin bəyanatına əsasən, iş üzrə istintaq artıq bir neçə ildir davam edir, lakin təqsirləndirilən şəxslərin gizlənmək və cinayəti yenidən törətmək cəhdi olmayıb.
İclasda Qiorqi Butliaşvili öz mövqeyini bildirib və prokurorluğun vəsatəti ilə razılaşıb, Qaqa Mkurnalidzeyə gəlincə, o, şərh vermədən məhkəməni tərk edib.