Tsotne Dadiani küçəsində 12 metrlik avtobusların hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb
Tsotne Dadiani küçəsində 12 metrlik avtobusların hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb

 

Tsotne Dadiani küçəsində, bu gün yaşayış evinin döşəməsinin uçduğu Revaz Uridia və Nikoloz Xudadov küçələrinin arasında yerləşən hissəyə fövqəladə halların idarəedilməsi və meriyanın müvafiq xidmətləri səfərbər edilib.

Tbilisi Meriyasının məlumatına əsasən, davam edən ləğvetmə tədbirləri səbəbindən ərazidə 12 metrlik avtobusların hərəkəti çətinləşib və Patrul Polisinin tövsiyəsinə əsasən, qeyd olunan hissədə 12 metrlik avtobusların hərəkəti müvəqqəti olaraq qadağan edilib.

“Hazırda 12 metrlik avtobuslar müvəqqəti olaraq alternativ marşrutlara yönləndirilib. Konkret olaraq: 323, 317 və 370 nömrəli avtobuslar Tornike Eristavi küçəsi istiqamətində hərəkət edəcək, sonra isə Tsereteli prospektindən keçməklə Stansiya Meydanına qoşulacaqlar. 323 nömrəli avtobus Stansiya Meydanından Qiorqi Çitaia küçəsi istiqamətində hərəkətini davam etdirəcək və müəyyən edilmiş sxem üzrə, o cümlədən əks istiqamətdə də hərəkət edəcək. Tbilisi Meriyası yaranmış narahatlığa görə üzr istəyir” – Tbilisi Meriyasının məlumatında qeyd olunur.