Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin munisipal inkişaf fondu Tskneti-Samadlo və Tskneti-Axaldaba yolunun reabilitasiyasını həyata keçirir.
Qeyd olunan yolun reabilitasiya işlərini Gürcüstnın baş naziri Giorgi Kvirikaşvili iqtidar nümayəndələri və avropa İnvestisiya Bankının nümayəndələri ilə bərabər gözdən keçirdi.
Tskneti-Samadlo və Tskneti-Axaldaba yolu 2015-ci ildə baş verən təbii fəlakət zamanı zərər gördü və qeyd olunan yolda hərəkat etmək əhali üçün problem yaradırdı.
Layihə Avropa İnvestisiya Bankının (EİB) maliyyə yardımı ilə həyata keçirilir və onun əsas dəyəri təqribən 28 milyon lariyi aşacaq.