Tsğnetidə bir hektar ərazidə istirahət məkanı təşkil olunacaq
Tsğnetidə bir hektar ərazidə istirahət məkanı təşkil olunacaq

 

Vake Rayon İcra Hakimiyyətinin infrastruktur layihələri çərçivəsində Tsğnetidə, Amilaxvari N23 ünvanında istirahət məkanı yenilənəcək. Layihəyə əsasən, təxminən 10 000 kv. metrlik ərazidə müxtəlif yaş və maraq dairələrindən olan insanlar üçün birləşdirilmiş məkan yaradılacaq.

Yaşıllaşdırılmış ərazidə müxtəlif attraksionlarla təchiz olunmuş iki uşaq əyləncə meydançası yerləşdiriləcək. İdman həvəskarları üçün isə iki fitness zonası yaradılacaq; burada trenajorlar və stolüstü tennis masası quraşdırılacaq. Bundan başqa, istirahət pavilyonu, əlil arabasından istifadə edən insanlar üçün pandus, içməli su fontanı təşkil olunacaq; işıqlandırma və suvarma şəbəkələri quraşdırılacaq, park üçün yelləncək-oturacaqlar qoyulacaq. Təhlükəsizlik məqsədilə ərazidə videokameralar yerləşdiriləcək. Həmçinin piyada yolları salınacaq, ot örtüyü döşənəcək və bitkilər əkiləcək.

İstirahət məkanı layihəsinin dəyəri təxminən 1.076.000 laridir.

İşlər görülərkən ərazidəki mövcud idman meydançasının da sahmana salınması planlaşdırılır.

Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.