Tsğneti şossesində, “Kaklebi” restoranının ətrafındakı ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

16:01, 01.04.2025

 

 

Tbilisidə, Vake rayonunda, Tsğneti şossesində təhlükəsizlik məqsədilə avtomobil yolu boyu mövcud yamacın möhkəmləndirilməsi işləri aparılır.

İşlər ilə əlaqədar olaraq aprelin 2-si saat 00:00-dan etibarən 1 ay ərzində “Kaklebi” restoranının ətrafındakı ərazidə yolun hərəkət hissəsinin bir zolağında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Avtomobillər yalnız bir hərəkət zolağında, əks istiqamətdə hərəkət edə biləcəklər.

Oxşar