"Tripadvisor" səyahət platforması Qudaurini səyahətçilərin bu qış ziyarət etməli olduğu “Avropanın dəyəri biçilməz beş dağ kurortu” sırasına daxil edib
"Tripadvisor" səyahət platforması Qudaurini səyahətçilərin bu qış ziyarət etməli olduğu “Avropanın dəyəri biçilməz beş dağ kurortu” sırasına daxil edib

 

Nüfuzlu səyahət platforması “Tripadvisor” istifadəçilərə Gürcüstana səyahət etməyi və Qudauridə xizək sürməyi tövsiyə edir.

Məqalədə – “Bu qış ziyarət etməli olduğunuz Avropanın dəyəri biçilməz beş dağ kurortu” məqaləsində Gürcüstanla birlikdə Rumıniya, Bolqarıstan, İspaniya və Andorranın qış kurortları yer alıb.

Məqalənin müəllifi, məşhur yazıçı və bloger İolanda Evans Milli Turizm Administrasiyasının press-turu çərçivəsində Gürcüstana səfər edib.

“Qudauri Tbilisidən cəmi iki saatlıq məsafədədir, Qudauri büdcəli kurortdur, təcrübəli xizəkçisinizsə, gecə xizək sürməyi qaçırmayın. Yamac paraşütü ən yüksək macəra turudur, bəli burada hətta qışda da uça bilərsiniz. Ya xizək sürməzdən əvvəl, ya da sonra Tbilisiyə mütləq vaxt ayırın və qədim şəhəri ziyarət edin” – İolanda Evans yazır.

İolanda Evans Qudaurinin iaşə müəssisələrini təsvir edir, oxuculara Xaçapurinin dadına baxmağı, Qerqeti Üçlüyünü, Ananuri qalası və digər tarixi yerləri cip turu ilə gəzməyi tövsiyə edir.