Ukraynanın tranzit rolu, "Şimal axınını 2"-nin başa çatmasından sonra da qorunmalıdır
Almaniya əmindir ki, “Şimal axını 2”-nin başa çatmasından sonra, Ukraynadan keçən tranzit yolunun qorunması mütləqdir, – bu barədə bəyanatı Almaniyanın kansleri Angela Merkel Soçidə, Rusiya prezidenti ilə görüşdükdən sonra verdi.
Angela Merkelin dediyinə görə, Almaniya “Şimal axını 2”-yi komersiyal məhsul olaraq, müzakirə edir.
“Ukraynanın tranzit yolu qorumalıdır. Bunun strateji əhəmiyyəti var. Bu məsələdə Almaniya fəal rol oynamağa və yardım etməyə hazırdır. Biz Ukraynanın zəmanəti haqqında düşünməliyik” – dedi Almaniyanın kansleri.
Öz növbəsində, Rusiya prezidenti dedi ki, Ukraynadan keçən tranzit yolu iqtisadi fəaliyyət göstərənlər üçün məqbul olsa, gələcəkdə də davam edəcək.