Trampın Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi – Ukraynanın nüvə silahını geri qaytarmaq şansı sıfırdır

21:22, 06.02.2025

 

Ukraynanın nüvə silahını geri qaytarmaq şansı sıfırdır – bu haqda ABŞ Prezidentinin Ukrayna və Rusiya məsələləri üzrə xüsusi nümayəndəsi Kit Keloqi “Fox News”a müsahibəsində bildirib.

“Onların nüvə silahını geri qaytarmaq şansı minimal və sıfır arasındadır. Düzünü desəm, ikimiz də bunun baş verməyəcəyini bilirik” – Kit Keloqi qeyd edib

Kit Keloqi qeyd edib ki, nüvə silahının Ukraynaya qaytarılması Rusiya-Ukrayna müharibəsini bitirmək üçün səylərə başlamağın yolu deyil.

Trampın xüsusi nümayəndəsi Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasının müharibəni necə bitirməyi planlaşdırdığına dair konkret niyyətləri açıqlamaqdan imtina edib. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanı yeni hücumdan etibarlı şəkildə çəkindirmək üçün Ukrayna ya NATO-ya üzv olmalı, ya da nüvə silahı əldə etməlidir.

Oxşar