Trampın xüsusi nümayəndəsi Stiv Uitkof ABŞ və Rusiyanın nüvə reaktoru məsələsini və Qara dəniz limanlarına çıxışı müzakirə etdiklərini bildirir

14:15, 17.03.2025

 

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof ABŞ və Rusiyanın nüvə reaktoru məsələsini və Qara dəniz limanlarına çıxışı müzakirə etdiklərini bildirir.

Bu barədə Uitkof “CBS News”a müsahibəsində danışıb.

“Döyüş meydanında müxtəlif şərtlər mövcuddur. Biz bunları müzakirə etməliyik. Biz hamımız bilirik ki, rusların diqqətini cəmləşdirdiyi bölgələr var, Ukraynaya çox böyük miqdarda elektrik enerjisi verən nüvə reaktoru var. Bu məsələnin həll edilməsi vacibdir. Limanlara giriş mövcuddur. Potensial Qara dəniz razılaşması, atəşkəsin tətbiqi üçün çox sayda element mövcuddur” – Uitkof müsahibəsində deyib.

Həmçinin, Stiv Uitkof qeyd edib ki, söhbət iki min kilometrlik təmas xətti boyunca atəşkəsdən gedir, buna görə bu, mürəkkəb məsələdir. Onun qeyd etdiyi kimi, bütün maraqlı tərəflər, o cümlədən avropalılar uğurlu həll yolu tapmaq üçün lazım olan hər şeyi etməyə can atırlar.

Oxşar